21 May, 2014
Qafqaz Müsəlmanları İdarəsində təkmilləşdirmə kursu - Foto

Ahlibeyt.az-ın Qafqazinfoya istinadən verdiyi xəbərə görə Qafqaz Müsəlmanları İdarəsində din xadimlərinin təkmilləşdirmə kursları fəaliyyətə başlayıb.

DQİDK-nın mətbuat xidmətinin verdiyi  məlumata görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi Səyyad Salahlı dinləyicilər qarşısında çıxış edib.

S.Salahlı “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin milli, dini və mənəvi dəyərlərinin bərpası və inkişafı, Sovet rejimi dövründə repressiyalara məruz qalmış dini abidələrin yenidən qurulması və dindarların istifadəsinə qaytarılması sahəsində xidmətləri” mövzusunda mühazirəsində müstəqillik qazandıqdan sonra ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verib.

DQİDK rəsmisi müstəqillik dönəmindən sonra bərpa edilən Bibiheybət ziyarətgahı, Gəncədəki İmamzadə Kompleksi, Şamaxı cümə məscidi, Hacı Əjdərbəy məscidi və digərləri haqqında danışıb.

Görüş daha sonra qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib,  din xadimlərini maraqlandıran suallar cavablandırılıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2039.html