
"Hazırda Moskva şəhər Müsəlman İdarəsi ilə fəal iş aparırıq. Onlar da miqrantların şəhərə adaptasiyasından narahatdırlar.
Ahlibeyt.az-ın İnterfax-a istinadən verdiyi xəbərə görə Müsəlman İdarəsinin əməkdaşları Rusiya Xalqlar Dostluğu Universitetində təcrübə keçdikdən sonra Moskva məscidlərində paytaxtın sınaq mərkəzi tərəfindən hazırlanıb təsdiq edilmiş proqramlar üzrə rus dili və mədəniyyət kursları açılacaq.”, - Rusiya Federal Miqrasiya Xidmətinin Moskva idarəsinin Milli icmalarla iş şöbəsinin rəhbəri Tatyana Dmitriyeva bildirib.
Moskva Müsəlman İdarəsinin məsul katibi Bair İbratovun sözlərinə əsasən, məscidlərdə rus dilini tədris edəcək mütəxəssislərin hazırlığı bu ilin iyun ayında Xalqlar Dostluğu Universitetində başlayacaq.