
Əfqanıstandan verilən son xəbərlərdə bildirilir ki, Əfqanıstanın sabiq prezidenti Burhanəddin Rəbbani bu gün Kabildə yerləşən evində partladılaraq qətlə yetirlib. BBC xəbər agentliyi dövlət rəsmilərinə istinadən bildirir ki, partlayış zamanı Burhanəddin Rəbbani iki nəfər "Taliban" üzvü ilə görüşürmüş. "Taliban" üzvlərinin partlayışda əllərinin olub-olmaması araşdırılır.
"Hizbi Camaati İslami" partiyasının lideri Burhanəddin Rəbbani 1992-2001-ci illərədək Əfqanıstanın prezidenti olub. Düzdür, 1996-cı ildə "Taliban" ölkəni ələ keçirdikdən sonra onun prezidentlik səlahiyyətləri əlindən verilOi. Amma beynəlxalq ictimaiyyət 2001-ci ilədək yalnız onu Əfqanıstanın prezidenti kimi tanıyırdı. O, 2001-ci ildə rəsmən Əfqanıstanın prezidentliyindən istefa vermişdi.
Qeyd edək ki, Burhanəddin Rəbbani 3 gün bundan öncə Tehranda i.inə başlayan I İslami Oyanış Beynəlxalq Konfransında da iştirak etdikdən sonra bu gün səhər vətəninə dönmüşdü.
Burhanəddin Rəbbani Tehranda keçirilən İslam Oyanışı Konfransında