
Baş nazir nuriəl-malikin dəftərxanasının hərbi departamentinin rəhbəri general-leytenan Fəruq əl-Ərəci Ənbar vilayətindəki terror aktı ilə bağlı açıqlamalar verib. O deyib ki, Suriyaya ziyarətə gedən Kərbəla sakinlərini qətl edənlərin arasında bəzi ərəb ölkələrinin vətəndaşları da yer alır. O deyib ki, o həmin terroristlər vətəndaşı olduğu ölkələrdən həm pul həm də silahla təmin olunurlar.
General Fəruq əl-Ərəci həmin ölkələrin adlarını çəkməsə də terroristlərin onun dediklərini etiraf etdiklərini bildirib. O deyib ki, həmin dövlətlərin məqsədləri İraqda məzhəb və qəbilə təfriqəsi salmaqdır. əl-Ərəci məhz buna görə İraq xalqını birləşərək bu fitnələrin qarşısında möhkəm dayanmağa çağırıb.