
İstanbul Şəhər Maltəpə bələdiyyəsi oğlunun qatilini edam kürsüsündən endirərək əfv edən ananı "İlin Anası" olaraq seçdi.İstanbul Maltəpə bələdiyyəsi tərəfindən ilin anası seçilən İranlı ana Samarəh Əli Nezdəhin Türkiyəyə səfəri gözlənilirdi lakin son anda sağlamlığında baş verən rahatsızlıq üzündən bu səfər baş tutmayıb.
Hürriyet-in verdiyi məlutlara görə 11 mayda Türkiyədə qeyd olunan Analar Günü münasibətiylə Maltəpə bələdiyyəsi Turkan Saylan Kultur mərkəzində düzənlənən tədbirdə ona təqdim olunacaq "İlin Anası və Humanizm Mükafatı" İranın Türkiyədəki mədəniyyət işləri üzrə attaşesi Həsən Sabaniyə təqdim olunub.
Qeyd edək ki, u tədbirə qatılacağını bildirən CHP-baş katibi Kamal Kılıçdaroölu Samereh Nezdatın Türkiyə səfərinin təxirə salınması səbəbiylə mərasimə qatılmayacağını bildirərək Eskişehrə yola düşüb.