
İranda narkotik vastələrin yayılması ilə təqsirləndirilərək edam hökmü verilən 16 məhkum Qurani Kərimi əzbərlədikləri səbəbiylə edam olunmaqdan azad olundular.
İran Baş Hakiminin müavini Höccətülislam Hadi Sadiqi məhkumlar üçün Quran dərsləri və maariflənmə dərnəklərinin təşkil olunduğunu qeyd etmişdir.
Sadiqi qeyd etmişdir ki,tədris dərnəklərində iştirak edən məhkumla şərti azadlıq və cəzalarında izn kimi müxtəlif təşviqedici tədbirlər həyata keçirilmişdir.
Dövlət rəsmisi qeyd etmişdir ki,keçən il narkotik vastələrin yayılması ilə təqsirləndirilərək edam hökmü verilən 16 nəfər icraya qədər olan zaman kəsimində Quranın yarısı və tamamını əzbərlədiklər səbəbiylə cəzaları aşağı endirilərək həbslə əvəz olunmuşdur