
Səudiyyə Ərəbistanı məhkəməsi bloqer Raif Bədəvini İslamı təhqir etdiyi və liberal internet-forumu yaratdığına görə 10 il müddətinə azadlıqdan məhrum edib.
İnterfaks-ın verdiyi xəbərə görə, bu barədə Britaniyanın BBC teleradioyayım şirkəti məlumat yayıb.
Məlumata əsasən, bloqerə, həmçinin 1000 şallaq və 1 milyon rial (təxminən 266 min dollar) məbləğində cərimə təyin edilib.
Bildirək ki, Raif Bədəvi şəxsi internet saytında Krallığın din nümayəndələri və polisini tənqid edib.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı hökmü “biabırçı” adlandırıb və yerli hökuməti onu ləğv etməyə çağırıb.