
Hindistan hakimiyyəti müsəlmanların qətlinə ordu ilə reaksiya verdi
32 müsəlmanın öldürüldüyü Assam ştatına ordu yeridilib
Dünya Hindistan hakimiyyəti ölkənin şərqində yerləşən Assam ştatına ordu yeridib. ANS PRESS-in məlumatına görə, buna səbəb bölgədə 32 müsəlman sakinin qətlə yetirilməsi olub. Polis artıq 20-dən çox şübhəlini saxlayıb.
Bodo tayfasına məxsus yaraqlılar həmin müsəlmanları qeyri-qanuni olaraq, qonşu Banqladeşdən Hindistana keçməkdə və onların torpaqlarını zəbt etməkdə ittiham edərək, kütləvi halda güllələyib. Hazırda Assam ştatında komendant saatı tətbiq edilib.
Yerli hüquq-mühafizə orqanının məlumatına görə, qətlə yetirilənlərin azı 8-i qadın, 8-i isə uşaqdır.
Son 30 ildə Hindistanın Assam ştatında 10 mindən çox insan öldürülüb. Onların əksəriyyəti dinc sakindir.