30 Aprel, 2014
Leylətul-Rəğaib-Rəğaib gecəsinin əməlləri

 

Həzrət Rəsuləllah(s): "Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər"

Bu günün savabını qazanmaq üçün həftənin dördüncü günü oruc tutulur, cümə gecəsi daxil olduqdan sonra Şam və İşa namazları arasında on iki rükət (altı dəfə iki rükətli namaz) namaz qılnır

Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Qədr" və 12 dəfə "Qul huvallahu əhəd"surələri oxunur.On İki rükətlik namaz bitdikdən sonra 70 dəfə "Allahummə Səlli Əla Muhəmmədinin Nəbyyi və Əla Alihi"
اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ
deyilir. Sonra isə səcdəyə gedib 70 dəfə "Səbbuh Quddus(un) Rəbbul Məlaikəti vər Ruh"
سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ
deyilir. Ondan sonra isə səcdədən başını qaldırıb 70 dəfə "Rəbbi iğfir vərhəm və təcavəz əmma tə"ləmu innəkə əntəl Əliyyul Əzəm"
رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ
de. Daha sonra isə yenidən səcdəyə gedilir və bir daha 70 dəfə"Səbbuh Quddus Rəbbul Məlaikəti vər Ruh"
سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ

dedikdən sonra Allahdan istəklərinizi diləyirsiz…

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1940.html