Şəhərdə müsəlmanlara aid evlər, məscidlər və iş yerləri bəzi qruplar tərəfindən qarət olunub.
Mərkəzi Afrika Resapublikasının (MAR) paytaxtından 450 km kənarda yerləşən Banqidən müsəlmnanların kütləvi şəkildə deportasiyası başlanıb.
Yayımlanın xəbərlərə görə, müsəlman əhali xristian qruplaşmalarının hücumu təhlükəsi səbəbilə ölkəni tərk edir. Boqila şəhərində "Sərhədsiz həkimlər təşkilatının"qərargahında keçirilən qəbilə başçılarının toplantısına olunan hücum zamanı 22 nəfər qətlə yetirilib.Hücuma məruz qalan bütün qəbilə başçıları o cümlədən xeyriyyə cəmiyyətinin 3 yerli üzvü həyatını itirmişdir.
Müsəlman qaçqınların təxliyəsinə ölkədə olan Afrika və Fransa sülhməramlıları kömək ediblər. Müsəlmanlar köçdükdən sonra onların yaşadıqları bolgə, həmçinin buradakı məscid qarət edilib.
Mərkəzi Afrikada 2012-ci ilin dekabrında hökumət əleyhinə baş qaldıran qiyamdan sonra ölkə xristian və müsəlmanları arasında gərginlik başlayıb. Ötən ilin dekabrında isə müsəlman qətli ilə bağlı vəziyyət maksimuma çatıb.
Bildirək ki, dini qarşıdurmaya mane olmaq üçün ölkə ərazisində 6 min Afrika, 2 min Fransa sülhməramlısı yerləşdirilib.
Qeyd edək ki, 5 milyondan artıq əhalisi olan MAR vətəndaşının 80 faizi xristian 15 faizə qədəri isə müsəlmanlar təşkil edirdi ki,qarşıdurmalardan sonra müsəlmanların byük əksəriyyəti lkəni tərk edib qonşu Çad və Kamerunda məskunlaşmışlar