19 Sentyabr, 2011
Nazir Qırğızıstan məktəblilərinə məktəbə hicabla gəlmələrinə razılıq verdi
Qırğızıstan təhsil naziri Kanat Sadıkov

Xəbər vermişdik ki, bu gün Qırğızıstanın Təhsil Nazirliyinin qarşısında şagirdlərin hicabla məktəblərə buraxılmadıqlarına görə mitinq keçiriləcəkdir. Artıq mitinq başa çatıb və Bişkəkdən verilən son məlumatalra görə nazir şəxsən mitinqçilərin qarşısına çıxıb. O mitinq iştirakçılarına bildirib ki, Qırğızıstan Təhsil Nazirliyi belə qadağa tətbiq etməyib. Çünki bu tip qərarları yalnız parlament verə bilər.

Mitinq iştirakçıları nazirdən tələb ediblər ki, əgər nazirlik belə bir qərar verməyibsə, o zaman yazılı şəkildə bunu təsdiq edən sənəd verilsin ki, məktəb direktorlarının daha deməyə sözü qalmasın. Nazir bununla razılaşıb və onlara hicabın orta məktəbdə qadağan olunmadığı barədə yazılı məktubu təqdim edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-193.html