Deyli Teleqrafın məlumatına görə Şeyx Tacəddin Hamid Hilali Yaxın Şərq ölkələrinə etdiyi "mənəvi səyahətdən"Avstraliyaya geri dönərək ölkəsinin müsəlman icmasını parçalanma və düşüncə kəsadlığına görə tənqid etmişdir.
Avstraliyanın paytaxtı Sidney şəhərinə yaxın Lakembe qəsəbəsində yerləşən ölkənin ən böyük məscidinin keçmiş imamı İran,İraq,Türkiyə,Livan və Afrikanın müsəlman ölkələrinə səfərdən sonra özünün baxış və düşüncələrində ciddi dəyişiklər olduğunu söyləmişdir.
"Röyamda əyinlərinə kəfən geyinmiş böyük bir dəstə insanın qapımı döydüyünü gördüm.Onlardan bir çoxu dedi ki,15 ildən çoxdur qəbirlərdə yatmağımıza baxmayaraq bizi ziyarət edən yoxdur.Mən olduqca məyus oldum."
Şeyx Hilalinin fikrincə gənc müsəlmanlar lazım olan vəzifələrin əməl etmək əvəzinə hərbi münaqişələrlə maraqlanır və onlarda iştirak etməyə can atırlar.Bu gün onlar öz böyüklərinin qulluğunda dayanmalı və ölkələrinin rifahı üçün çalışmalıdırlar.
İmam cəsarətlə bəyan etmişdir ki,Bu münaqişələrdə iştirak edən insanlar- "bir dəstə kor yığnağına bənzəyir"
Şeyx Həmid Hilali daha sonra qeyd etmişdir ki,bir çox gənc müsəlmanlar yetərincə bilgiyə sahib olmadıqları halda məscid və icmalarda "lider" olmağa can atırlar.Müsəlmanlar öz inanclarının həyatda təcəssümünə can atmalıdırlar.