
İslam Əməkdaşlıq Təşkilatının Fələstinlə bağlı növbəti toplantısı yaxın vaxtlarda keçiriləcək.
Bu məlumatı SalamNews-a açıqlamasında Fələstin Muxtariyyətinin Azərbaycandakı səfiri Əbdülkərim Əbdürrəhman da təsdiqləyib.
Onun sözlərinə görə, həmişə olduğu kimi budəfəki toplantının da əsas mövzusu Fələstinə həsr olunacaq: “Fələstinin xarici işlər naziri Riad Malki bir həftə əvvəl İƏT-in məsul katibi ilə görüşündə bu məsələləri müzakirə edib.”