26 Aprel, 2014
Prezident İlham Əliyev yeni məscid kompleksində inşaat işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Binəqədi rayonu ərazisində tikilən yeni məscid kompleksində inşaat işlərinin gedişi ilə tanış olmuşdur

Bakı, 26 aprel (AzərTAc). Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonu ərazisində tikilən yeni məscid kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Prezident İlham Əliyevə məscid kompleksinin layihəsi əsasında görülən işlərlə bağlı məlumat verildi. Dövlətimizin başçısı ayrı-ayrı inşaat sahələrini gəzdi, tikintinin gedişi ilə yaxından tanış oldu və müvafiq tapşırıqlarını verdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1922.html