19 Sentyabr, 2011
Bu ildən İndoneziya məktəblərində Quran tədris olunacaqdır

İndoneziya Təhsil Nazirliyi bildirib ki, bu ildən İndoneziyanın Banqkulu əyalətində məktəblərdə Quran tədris olunacaq. Təhsil nazirliyinin nümayəndəsi bildirib ki, gələcəkdə İndoneziyanın bütün məktəblərində Quran tədris olunacaqdır.

Quran tədrisinə zərurətin hansı səbəbdən yarandığını açıqlayan nazirlik rəsmisi bildirib ki, şagirdlərin əksəriyyəti Quran oxuya bilmir, bu isə bizim ölkə üçün çox utancvericidir. Bu səbəbdən qərara məktəblərdə Quranın tədrisinə qərar vermişik.

Xatırladaq ki, İndoneziyada 220mln müsəlman yaşayır. Və İndoneziya əhalisinin sayına görə ən böyük müsəlman ölkəsidir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-192.html