
Azərbaycanda Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlər dolub və sənəd qəbulu başa çatıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu il Azərbaycandan Həcc ziyarətinə 3200 zəvvar yola düşəcək.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc səfəri sentyabrın 23-dən başlayacaq.
İlk gün bir reys, növbəti günlər isə hər gün 2 və ya 3 reys olmaqla, uçuşlar sentyabrın 28-dək davam edəcək. Sentyabrın 28-də Azərbaycandan bu il Həcc ziyarətinə son səfər günü kimi nəzərdə tutulur. Ziyarətdən qayıdış isə Qurban bayramından 5 gün sonraya - təxminən oktyabrın 10-dan nəzərdə tutulur. Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd olunacaq.