
İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Seyyid Əli Xameneyi tanınmış müctəhid Ayətullah Müslim Mələkutinin vəfatı ilə əlaqədar Azərbaycanlılara başsağlığı verib.
Mehr agentliyinin xəbərə görə, vəfatla bağlı verilən başsağlığında deyilir:
“Dini-elmi ocaqların alimlərindən olan Ayətullah şeyx Müslim Mələkuti cənablarının vəfat etməsi ilə əlaqədar, onun ailəsi, şagirdləri, müctəhidlər, elmi-dini təhsil ocaqlarının alimləri və bütün əziz Azərbaycan xalqına başsağlığı verirəm.
Ayətullah Mələkutinin zəhməti tarixin yaddaşından silinməyəcək və hökmən savab əməllər siyahısına düşəcək.”