23 Aprel, 2014
Gürcüstanda yeni məscidin açılışı olub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kaspi rayonundakı Qarabağlar kəndində bərpadan sonra məscid istifadəyə verilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, min nəfərədək əhalisi olan Qarabağlar kəndində fəaliyyətə başlayan məscidin bərpası Məşədi Nərminə xanımın rəhbərliyi ilə kənd camaatının və QMİ-nin maddi dəstəyi ilə həyata keçirilib. Dünən məscidin açılışı olub,  “Quran”dan ayələr oxunub, sonra QMİ-nin nümayəndəsi Hacı Əli Əliyev və digər din xadimləri çıxış ediblər.

Məscidə Fatimeyi-Zəhranın(s) adı verilib.

Tədbirdə kənd sakinləri, Gürcüstanın müxtəlif bölgələrindən gələn dindarlar iştirak edib.

Kənd məscidinə Seyid Mir Faiq Hadızadə Axund təyin edilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1906.html