
İntertat-ın məlumatına görə Tatarıstan Müsəlman Dini İdarəsinin “Zəkat" xeyriyyə fondu mayın 17-18-də uşaqların İslam barədə biliklərinin üzə çıxarılması məqsədilə viktorina və müqəddəs Quranın oxunması üzrə müsabiqə keçirməyi planlaşdırıb.
Müsabiqə Bulqar şəhərinin məhşur Ağ məscidində keçiriləcək.
Bildirək ki, müsabiqə və viktorinada iştirak etmək üçün V-IX sinif şagirdləri dəvət olunublar. Hazırda “Zəkat” xeyriyyə fondunun əməkdaşları Tatarıstanın 44 mühtəsibatının (dini idarə ) hər birinin iştirak edəcəyi tədbirə hazırlaşırlar.