
"IslamNews"a istinadən verdiyi xəbərə görə, məsciddə təxminən 15% üzlük daş dəyişməlidir
Bildirək ki, bu, 100 il ərzində minarələrin apar;lan ilk bərpa işləridir. Hazırda inşaatçılar vəziyyəti müəyyənləşdirmək üçün hər qranit plitəsini öyrənirlər. Restavrasiya zamanı bütün daşların təxminən 15%-ni dəyişmək lazım gələcək, iki qüllədə isə bu, təxminən 300 plitədir. Minarələrin qranit örtüyü 100 il ərzində dağılıb.
Qeyd edək ki, minarələrin bərpa olunmasının motivi bədbəxt hadisə olub. Belə ki, 2012-ci ilin sentyabrında minarələrin fasadından bir neçə plitə 30 metr yüksəklikdən piyada səkisinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, yenidən dağılma təhlükəsi yaranıb.