19 Sentyabr, 2011
Vahhabilərdən gözlənilməz addım

Avtomobil sürməyə icazəsi olmayan Səudiyyə qadınları bundan sonra təyyarə sürə biləcəklər.

Səudiyyə Ərəbistanı "Rabiğ" Təyyarəçilik Universitetinin rektoru Kumeyl Əbu Cude bildirib ki, bundan sonra qadınlar əgər təyyarəçi olmaq istəyirlərsə, bunun üçün universitetdə yaradılmış xüsusi kurslarda iştirak edə bilərlər. Kursları bitirdikdən sonra onlara təyyarəçi diplomları veriləcəkdir və onlar bu diplom vasitəsilə aviaşirkətlərdə təyyarəçi ola bilərlər. Əbu Cude bildirib ki, artıq bir neçə qadın adlarını xüsusi kurslara yazdırıblar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-188.html