16 Aprel, 2014
Ayətullah Cəfər Sübhani-İslam sənət əsərləri gələcək nəsillər üçün bir nümunə və dəlildir

Ayətullah Cəfər Sübhani İslamın qorunub saxlanması, gələcək nəsillərə çatdırılmasının,İmamların və Peyğambər(S)səhabələrinin məzarlarının qorunmalı olduğuna diqqət çəkərək demişdir:İslam sənət nümunələri gələcək nəsillər üçün bir dəlildir və onları qorumaq olduqca mühümdür.

Böyük alim İslam nümunələrinin məhv edilməsinin gələcəkdə İslam dininin özünün təhlükə ilə qarşı-qarşıya qalacağına və buna görə də peyğəmbər səhabələrinin qəbirlərinin qorunub saxlanmalı  olduğuna işarə vuraraq-Əgər bunlar məhv edilərsə yüz il sonra gələcək insanlar bir peyğəmbərin olduğunu və insanları İslama dəvət etdiklərini haradan bilək deyə bilərlər.

Daha sonra Ayətullah Sübhani Qərb insanının problemlərinə toxunaraq demişdir ki,bu gün Qərbdəki gənclər tam bu anlatdığım məsələlər üzündən öz inanclarında problemlerle üzləşirlər,Xristian dünyası sahib olduğu sənət nümunələrini yox etdiyi üçün bu gün olduqca böyük etiqadi çətinliklərlə qarşılaşırlar.Belə olan halda əgər İslamın gələcək nəsillərə çatdırılmasını istəyiriksə o zaman əlimizdə olanları qorumalıyıq.Çünki bu əsərlər gələcək nəsillər üçün dəlilləri özündə daşıyır.Eks halda onlar İslam dini haqqında şübhəyə düşməkdən qoruna bilməyəcəklər

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1877.html