16 Aprel, 2014
R.T.Ərdoğan: Türkiyənin hüquq sistemi Gülən tərəfdarlarından təmizlənəcək

Türkiyənin hüquq sistemi ona güclü təsir göstərən  Fətullah Gülən(Nurçuluq cərəyanı üzvlərindən) tərəfdarlarından təmizlənəcək. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.Xəbəriçərşənbə günü "Sabah" qəzeti yayıb.

Onun sözlərinə görə, həmin tədbirlər dövlətçiliyin müdafiəsi məqsədilə həyata keçirilir.

Baş nazir qeyd edib ki, bunu etmək asan olmayacaq. Çünki dövlət artıq 35 ildir mövcud olan gizli strukturla mübarizə aparır.

Bir müddət əvvəl Ərdoğan bir sıra dövlət orqanlarının Gülən hərəkatının güclü təsiri altında olduğunu bildirmişdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1873.html