19 Sentyabr, 2011
Şeyx İsa Qasim Ərəb Dövlətləri Liqasını tənqid edib

Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim Cümə xütbəsində deyib ki, Ərəb dövlətləri Liqası Suriyada baş verənləri şiddətlə qınayıb və insan hüquqlarından bəhs edib. Bəs Bəhreyndə baş verənlər insan hüquqlarına zidd deyil? Yoxsa insan hüquqlarından istifadə hansısa millətə icazəlidir və hansısa millətə qadağandır?

Şeyx İsa Qasim deyib ki, Bəhreynə xalq qiyamını yatızıdırmaq üçün qoşun göndərən bəzi ərəb dövlətləri insan hüquqlarından danışır ki, bu gülməlidir. Tutalım heç biz ərəb və yaxud müsəlman deyilik. Axı bizim insani hüquqlarımız qorunmalıdır.

Biz nəinki ərəb dünyasında ümumiyyətlə, bütün dünyada insan hüquqlarının bərqərar olunmasının tərəfdarıyıq deyən Şeyx İsa Qasim Bəhreyn xalqının da bunun üçün küçələrdə olduğunu bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-185.html