10 Aprel, 2014
Allahşükür Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının toplantısı keçiriləcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 10-da Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına yola düşür.


QMİ-dən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin anadan olmasının 60-cı ildönümünə həsr olunmuş yubiley tədbirlərində iştirak etməkdir.



Səfər çərçivəsində Qaraçay-Çərkəzin paytaxtında QMİ sədri Şeyxülislam A. Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısı keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1840.html