
Bəhreyndən verilən son məlumatlara görə Cəfər Həsən Yusif adlı 29 yaşlı gənc şəhid olub.
Bildirilir ki, o mart ayında Ali Xəlifə rejimi etiraz aksiyalarını dağıtdığı zaman zəhərlənmiş və evdə müalicə olurdu. Onun qardaşını axtaran polis evlərində axtarış aparan zaman onu möhkəm döymüş və o komaya düşmüşdü. Müalicə olunmaq üçün İordaniyaya aparılan Həsən Yusif iyul ayında yenidən Bəhreynə gətirilmiş və Süleymaniyyə xəstəxanasına yerləşdirilmişdi. Amma aldığı yaralar çox ağır olduğundan o dünən şəhadətə çatıb.