9 Aprel, 2014
Azərbaycan Prezidenti İlham Əliyev İranda rəsmi səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
Prezident Həsən Ruhani Prezident İlham Əliyevi Sədabad sarayında qarşılayıb. 
Təntənəli qarşılanma mərasimində iki ölkənin dövlət himnləri səsləndirilib və prezidentlər fəxri qaravul dəstəsinin önündən keçiblər. Sonra dövlət başçılarının təkbətək və geniş tərkibli görüşü keçirilib.
APA-nın Tehrana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycanla İran arasında bir sıra sənəd imzalanıb.
Prezident İlham Əliyevin səfər çərçivəsində İran İslam İnqilabının Ali Dini lideri Ayətullah Seyyid Əli Xamenei ilə də görüşü nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1833.html