7 Aprel, 2014
Ayətullah Şubeyri Zəncani: Davamlı və ardıcıl olaraq matəm on günlükləri yaratmaq bədbinliyə səbəb olur

Şəbistan xəbər agentliyi Ayətullah Şubeyri Zəncaninin bürosunun yayımladığı məlumata isitinadən bildirib ki, Qum elmi hövzəsinin bir qrup ruhani tələbəsi Ayətullah Şubeyri Zəncani ilə görüşüb.
Ayətullah Şubeyri Zəncani tələbələrlə görüşündə deyib: "Cəmiyyət içində ardıkəsilməz matəm günləri təşkil etmək cəmiyyət tərəfindən qəbul edilmir və bu da zaman kecdikcə toplumun əzadarlıqlar ilə bağlı bədbinliyinə gətirib çıxarır. Əzadarlıqlarda ifrata yol vermək təfritə səbəb olur".
Ayətullah Şubeyri Zəncani, əzadarlıqlara qarşı hörmətsizlik etməyi günah hesab edərək deyib: "Əzadarlıqların zamanı ilə bağlı xüsusi bir hədis mövcud deyil. Əgər camaatın Əhli-beytin (ə) matəm günlərinə hörmətsizlik hesab etdiyi günlərdə şadlıq məclisləri keçirilərsə bu qeyri-şəri və günahdır. Hansısa bir əməlin hörmətsizlik hesab oduğunu isə şəxslər özləri təyin etməlidir...Təəssüflər olsun ki, bu gün bəzi insanlar əzadarlıqlarda ifrata yol verərək hörmətsizliyə zəmin yaradırlar əv onlar bu barədə məsuliyyət daşıyırlar. Əhli-beytin (ə) aşiqi olduğunu iddia edən şəxsin doğurdanmı vəzifəsi budur?
Ayətullah Şubeyri Zəncanı əlavə edib: "Bu gün bəzi xətiblər və təqvasız məddahlar qeyri-mötəbər və sənədsiz söz və məclisləri rəvac verirlər və bunu cəmiyyətdə yayandan sonra müsəlmanlar hər bir şadlıq məclisini belə bir günlərdə əzadarlığa hörmətsilzik hesab edir. İnsanların vəzifəsidir ki, dini məclislərə hörmətsizlik etməsin! Amma bizim də vəzifəmizdir ki, elə bir mövzu yaratmayaq və sonra da onu təbliğ etməyək ki,nəhayətdə bu hörmətsizliyə gətirib çıxarsın".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1828.html