4 Aprel, 2014
Türkiyə litsey və məktəblərində namaz otaqları açılacaq

Türk mətbuatının verdiyi xəbərə görə liseylerin ardınca orta və ibtidai sinif şagirdlərinin ibadət ehtiyaclarını qarşılamaq üçün namaz otaqlarının açılması üçün Təhsil Nazirliyi(Milli Egitim Kurulu)Ankara Etimesgut bölgə idarəsi tərəfindən təlimatlar verilib.

Təlimatda, təhsil müəssisələrinin rəhbərlərindən ehtiyac duyulduğu halda kişi və qadınlar üçün namaz otaqlarının inşa edilməsi istənilib və qanuna "Tələb olunduğu təqdirdə ibadət ehtiyaclarının qarşılanması üçün xüsusi məkanlar ayrıla bilər" bəndi əlavə edilib.Həmçinin qeyd olunub ki,namaz vaxtlarının dərs saatları ile eyni vaxta düşməsi halında problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülsün.

Qeyd:Türk mətbuatında və leksikonunda işlənən "məscid" kəlməsi namaz otaqları(namazxana) anlamındadır.Məscidlərsə Cami adlanır

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1821.html