2 Aprel, 2014
Gürcüstanda xanım Fatimənin (s.ə) şəhadət ilə əlaqədar qanvermə aksiyası keçirilib

Bu günlər dünya müsəlmanları xanım Fatimənin (s.ə) şəhadət günü ilə əlaqədar müxtəlif tədbirlər keçirir, ehsan süfrələri açılır.


SalamNews-un məlumatına görə, belə tədbirlərdən biri də Gürcüstanda keçirilib. Belə ki, Gürcüstanda yaşayan bir qrup azərbaycanlı inanclı xanım Fatimənin (s.ə) şəhadət günü ilə əlaqədar qanvermə aksiyası təşkil edib. Onlar bülə günlərdə qan verməyin daha gözəl və savab əməl olduğunu bildiriblər. Verilən qanlar talasemiya xəstəliyindən əziyyət çəkən insanlara vurulacaq.
Xanım Fatimə (s.ə) hicri 11-ci ilin Cəmadiul-əvvəl ayının 13-də, Peyğəmbərin (s) vəfatından 75 gün sonra şəhid olub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1807.html