29 Mart, 2014
“Novruz və Fatimə günləri”mövzusunda konfrans keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) iki dünya xanımı Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar “Novruz və Fatimə günləri” mövzusunda tədbir keçirilib. Tədbirə Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərdən gələn yüzə yaxın ziyalı və möminə xanımlar qatılıb

Bmm-in məlumatına görə tədbiri giriş sözü ilə açan “Fatimə” jurnalının baş redaktoru Kəklik Heydərli müqəddəs kitabımız olan “Qurani Kərimdən” gətirdiyi ayələrlə müzakirəyə başlayıb.

Daha sonra konfransda “Müharibə veteranı qadınlarına sosial yardım icması” birliyinin sədri Radə Abbas, AİP Qadınlar şurasının sədri Hacı Növrəstə İbrahimova, “Gəncə Ziyalı Xanımlar” cəmiyyətinin sədri Marmalad Verdiyeva, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının baş müəllimi, həkim-kardioloq Azadə xanım, AİP-in sabiq sədr müavini,Bakı Dövlət Universitetinin müəllimi, “Qafqaz-media” ictimai cəmiyyətinin sədri Nüşabə Sadıqova, “Rüqəyya” ictimai təşkilatının sədri Rübab xanım, “Milli Mədəniyyətimizin Təbliği” ictimai təşkilatın sədri Jalə xanım çıxış etmişlər

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1799.html