27 Mart, 2014
Avstriya paytaxtında müsəlmann şagirdlərin sayı çoxluq təşkil edir

Son statisyik məlumatlara görə Avstryanın orta təhsil məktəblərində müsəlman şagirdlərin sayı katoliklərdən daha çox təşkil etdiyi məlum olub və yaxın illərdə aşağı siniflərdə də bu rəqəmin ən azından bərabərləşəcəyi gözlənilir.

Şəhər təhsil şurasının məlumatına görə cari ildə Vena məktəblərində yuxarı siniflərə 10.734 müsəlman,8.632 katolik,4.259 provaslav və 3.219 inancı qeyd edilməyən digər qrupdan olan şagirdlər daxil olmuşlar.

Hazırda Avstriya paytaxtında ibtidai siniflərdə 23.807 katolik,17.913 müsəlman,11.119 inancı qeyd edilməyən digər qrupdalardan olanlar 6.083 provaslav və 2.322 protestsnt təhsil alır

Sosioloqların rəylərinə əsasən bu  ənənəvi katolik bir ölkə üçün nəzərə çarpacaq demoqrafik dəyişiklikdir. Avstriyada müsəlmanların sayı 500 minə yaxındır ki,bu da ölkə əhalisinin 6 faizini təşkil edir.Müqasisə üçün qeyd etmək lazımdır ki,1990 cı ildə ölkə əhalisinin 2 faizi və ya 150 mini müsəlman idi.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1796.html