“ABNA”-nın verdiyi xəbərə görə, bu gün səhər əl-Riqqə vilayətində Peyğəmbər (s) və İmam Əlinin (ə) iki möhtərəm səhabəsi Əmmar Yasir və Uveys Qərəninin hərəminin bir hissəsi “İraq Şam İslam Dövləti”(İŞİD) terrorçu qruplaşması tərəfindən partladılıb.
Məlumata əsasən, Suriyanın şərqində yerləşən əl-Riqqə vilayətini digər terrorçu qruplarla zəbt edən İŞİD bu iki möhtərəm səhabənin hərəmini partladaraq, hərəmin minarələrini çökdürüblər. Təkfirçi terrorçular keçən il ramazan ayında da hərəmin divarına raket ataraq divarın böyük bir hissəsini dağıtmişdılar.
Verilən məlumata əsasən qəbirlər xəsarət almayıb