19 Mart, 2014
Britaniya müsəlmanları "mərhəmət və xeyriyyəçilik həftəsi" keçirmişlər

Ötən həftə Londonda XXI İslamla Tanışlıq həftəliyi keçirilmişdir.Bu ilki tədbir islam dinində xeyriyyəçilik və onun əhəmiyyətinə həsr olunmuşdur.
Tədbirlər "Mərhəmət ailədən başlayır"şüarı altında keçirilərək Britaniya müsəlmanların xeyriyyə proqramlarındakı xidmətlərindən xüsusən ərzaq fondlarında,pulsuz yemkxanalarda,qadın krizis mərkəzlərindəki ictimai əməyindən bəhs etmişdir.
Tədbirin rəsmi saytının məlumatına görə "xeyriyyəçiliyin yalnız insanın öz vəsaitini deyil həmçinin zamanı,bacarıq və zəhmətini də sərf etmək anlamındadır və bizim borcumuz inancından aslı olmayaraq cəmiyyət üçün əhəmiyyət kəsb edən bu kimi tədbirlərə hamını cəlb etməkdir.
Paytaxtla bərabər tədbirlər Birləşmiş Krallığın digər böyük şəhərlərində o cümlədən Şeffild,Bledford,Leyçestr Qalifaksda da keçirilmişdir

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1783.html