17 Mart, 2014
Bakı-Məşhəd aviareysinin açılması təklif olunub

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın Xorasan-e Rəzəvi əyalətinə səfər edib. Bu barədə İnterAz-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

M.Pakayin bildirib ki, K.Heydərov Xorasan-e Rəzəvi əyalətinin başçısı Əlirza Rəşidiyanla görüşüb.

Nazir əyalətə səfəri çərçivəsində Məşhəd şəhərində də olub və İmam Rzanın (ə) qəbrini ziyarət edib. O, Məşhəd şəhərinə səfərindən məmnun olduğunu bildirib

Ə.Rəşidiyan deyib ki, hər il Məşhəd şəhərinə 25 milyon nəfər ziyarətçi gəlir ki, onların da bir milyon yarımı xarici ölkə vətəndaşıdır: "Ötən il Azərbaycandan Məşhədə 13 min nəfər ziyarət üçün səfər edib. Belə səfərlərin artırılması üçün infrastruktur mövcuddur və Bakı-Məşhəd aviareysinin açılması da səfərlərin artmasında müsbət rol oynaya bilər".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1776.html