
SANA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Turizim Naziri Bəşər Yazci ötən gün Dəməşqin Seyyidətu Zeynəb məntəqəsinin Qubernatoru Huseyn Məxluf ilə birgə Rif şəhərini və Xanım Zeynəbin (səlamullahi əleyha) pak hərəmini ziyarət edib.
Turizim Naziri Xanım Zeynəbin hərəminin müxtəlif yerlərini ziyarət edərək vurğulayıb: “Həzrəti Zeynəbin hərəmi Suriyanın ən əhəmiyyətli Dini səyahət bölgəsidir. Bura dünyaın müxtəlif yerlərindən 100 minlərlə insanı özünə cəzb edir.”Yazci daha sonra Rif şəhərinin Qubernatoru və şəhər icra işçilərinin əməkdaşlığı ilə Hərəmin genişləndirilərək inkişaf etdirilib xüsusi dini səyahət ocağına çeviriləcəyinə söz verdi.
Qeyd edək ki,Suriyada vəziyyətin gərginləşməsindən sonra müxtəlif təkfirçi qruplar tərəfindən dəfələrlə hücumlara qalan bu məntəqə xüsusi qorunma altındadır.