
Fevralın 28i Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Şəhid Muhəmməd Baqir Əs-Sədrin büstünün açılış mərasimi keçirilib. İnstitutun Elmi kitabxanasında baş tutan açılış mərasimində İnstitutun rektoru A. Torkunov, İraqın Rusiya Federasiyasındakı səfiri İsmayıl Şafiq Muxsi və digər qonaqlar iştirak etmişdilər.
Qeyd edək ki, Seyyid Muhəmməd Baqir Əs-Sədr 1935 ci ildə dünyaya gəlib. "İqtisaduna" (İqtisadiyyatımız), "Fəlsəfətuna" (Fəlsəfəmiz) kimi onlarla dəyərli kitabların müəllifi olan Şəhid Sadr, Səddam Hüseyn hökümətinə qarşı olduğuna görə 1980 ci ildə, 45 yaşında bacısı Amina Əs Sədrlə birlikdə edam edilərək şəhid olmuşdur.