
Səudiyyə Ərəbistanı İslam Alimləri Ali Heyətinin üzvü Şeyx Yəqub əl-Bəhseyn fətva verib ki, qadınlar özlərinə kişi cangüdən götürə bilməzlər və bu haramdır. Çünki əgər bir qadının şəxsi mühafizəçisi olarsa, onlar istər-istəməz öz aralarında söhbət edəcəklər. Bu isə şəriətdə haramdır. Çünki müsəlman qadının naməhrəm kişi ilə söhbət etməsini şəriət qadağan etmişdir.