3 Mart, 2014
"İslam həmrəyliyi-problemlər və çıxış yolları" İkinci beynəlxalq konfransa start verildi

Müqəddəs Məkkə şəhərində "İslam həmrəyliyi -prolemler və çıxış yolları"ikinci konfrans öz işinə başlayıb.martın 4-nə qədər davam edəcək konfransa dünyanın 60 ölkəsindən yüzlərlə nümayəndə qatılıb.Konfransı açıq elan edən Məkkə şəhərinin qubernatoru  Beynəlxalq İslam liqasına bu konfransın təşkilinə görə öz minnətdarlığını bildirərək qeyd etmişdir ki,həmrəyliyin zəfliyi ucbatından müsəlmanlar bir çox çətinlik və bəlalarla üzləşirlər ki,bunların da ən bariz nümunəsini biz bu gün Suriyada müşahidə edirik.Konfransda əsasən müsəlmanlar arasında movcud olan ümumi baxışların yaxınlaşdırılması o cümlədən təkfirçı cərəyanların yaratdığı problemler və onların qarşısının alınması yolları qaldırılıb.

İslam aləmi liqasının baş katibi Abdulla Ət -Turkinin dəvəti ilə konfransa qatılan Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə "İslam həmrəyliyi günün aktual problemidir" mövzusunda məruzə edəcək.

Səfər çərçivəsində QMİ sədrinin Səudiyyə Ərəbistanı Həcc naziri və digər rəsmi şəxslərlə işgüzar görüşləri gözlənilir

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1736.html