17 Fevral, 2014
Ayətullah Nuri Həmədani: “İmamların (ə) üzünü kinoda göstərmək caiz deyil”

İranın tanınmış təqlid mərcəyi bildirib ki, İmamlarin (ə) və Həzrət Abbasın (ə) üzünü kinoda göstərmək caiz deyil

İslamazeri.az-ın " Farsnews"-a istinadən verdiyi xəbərə görə, Ayətullah Nuri Həmədani bəzi dini qrupların İmamların (ə) və Həzrət Əbülfəzlin (ə) üzünü “Rəstaxiz” filmində göstərilməsi barəsində olan sualına "Bu iş caiz deyil" deyə cavab verib.

Təqlid mərcəsi davamında deyib: “Bu böyük şəxsiyyətlərin hər birinin üzü yayımlanmamalıdır, gərək bu məqamlar və şəxsiyyətlərin müqəddəsliyi qorunsun.”

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1727.html