
Misir inqilabçılarının xətibi kimi tanınan Şeyx Məzhər Şahin dünən Təhrir meydanındakı "Ömər Mükərrəm" məscidində Cümə xütbəsində bildirib ki, Ərdoğan müsəlmanların xəlifəsi deyil. Amma çox təəssüflər olsun ki, Türkiyənin baş naziri bu cür təm-təraqla qarşılanıb. Məgər o Misir inqilabının mənəvi atasıdır, yoxsa müsəlmanların fatehidir ki, bu cür qarşılanır? Türkiyənin baş nazirinə nicatverici bir şəxs kimi baxmaq çox səhv bir işdir. Misirə nicat verənlər misir xalqı və gənclərdirlər ki, inqilab yolunda qanlarını axıtdılar və sonda qələbə əldə etdilər.