
Hindistanın Kəşmir vilayətindən müsəlmanların 7-ci İmamı Museyi-Kazim (ə)-ın dəst-xətti ilə yazılmış Qurani-kərim ictimaiyyətə təqdim olunub. Bu dəyərli əsərin tarixi hicri qəməri təqvimi ilə 173-cü ilə təsadüf edir. 7-ci İmam sözügedən Quranı öz dəst-xətti ilə Abbasi xəlifəsi Harun Ər-Rəşidinin zindanında olarkən yazıb. Qeyd olunur ki, bu tarixi əsər 500 il əvvəl İmamın nəvələrindən sayılan Seyid Sultan Heydər Musəvi tərəfindən İranın Ərdəbil şəhərindən Hindistana gətirilib. Hazırda müqəddəs kitab Kəşmirdə yerləşən Babul-Cavad ziyarətgahında saxlanılır.
faktxeber