17 Dekabr, 2013
Gecədən sübhə kimi ruku halında

İmam Rzanın(ə.s.) hərəminin baş keşikçisi nəql edir ki, qış fəslinin soyuq gecələrinin birində işçilər gəlib mənə dedilər ki, havanın soyuq olması və qar yağması dolayından hərəmdə heç kim yoxdur. İcazənizlə hərəmin qapıların bağlayaq və evə gedək. Mən razılığımı bildirdim. Qapıları bağlayıb açarları mənə təhvil verdilər. Amma hərəmin damına nəzarət edən qulluqçu gəlib mənə dedi ki, bəs gecənin əvvəlindən Ayətullah Şeyx Həsənəli Noxudəki İsfahani (04.05.1863 - 30.08.1942) damda günbəzin yanında namaz qılır. Özü də uzun müddətdir ki, ruku halındadır. Gəldim sizdən icazə alım ki, ona hərəmi bağladığımızı bildirim ya yox. Dedim ki, yox işiniz olmasın. Yaxşısı budur damın arxasındakı otağa bir az odun qoyun ki, namazı bitirəndən sonra istifadə eləsin. Həmin işçi dediklərimi yerinə yetirdi və hərəmin qapılarını bağlayıb hamımız evimizə dağılışdıq. Gecə qarın yağması dayanmadı. Sübh namazı üçün hərəmi açmağa gələndə hərəmin damına nəzarət edəni göndərdim ki, gedib Şeyx Həsənəli Noxudəkidən xəbər gətirsin. Bir neçə dəqiqədən sonra gəlib dedi ki, gecə onu necə görmüşdümsə, elə həmin ruku halındadır. Qar da bütün belini örtüb. Başa düşdük ki, qışın soyuğunu və qarın sərinliyini hiss etmədən bütün gecəni ruku halında olub. Sübh azanına az qalmış namazını bitirdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1714.html