
Dünən gecə saatlarında Pakistanda şiələrin “Müsəlman Vəhdəti Məclisi” partiyasının lideri Əllamə Nasir Abbas Lahor şəhərində sui-qəsd nəticəsində öldürülüb.
42 yaşlı partiya liderinin maşınına silahlı terrorçular tərəfindən hücum olunub. Hücum zamanı ağır yaralanan Əllamə Nasir Abbas yerləşdirildiyi Şeyx Zahid xəstəxanasında dünyasını dəyişib. Şəhərdə 3 günlük yas elan edilib.
Terror aktının məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.