
İmam Hüseynin(ə) qızı Hz.Həulənin(s.ə) Livanın Bəəlbək şəhərində yerləşən hərəminin partladılmasının qarşısı alınıb.
Məlumata görə, Bəəlbək şəhərinin yaxınlığında, içərisində 500kq ekvivalentində trotil olan avtomobil aşkarlanıb. Bildirilir ki, noyabr ayının 19-da İran İslam Respublikasının Livanın paytaxtı Beyrutda yerləşən səfirliyinin önündə törədilmiş partlayışdan sonra ölkədə əsasən də şiələr yaşayan məntəqələrdə gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir ki, həmin avtomobil bu təbrilər nəticəsində aşkarlanmışdır.