15 Noyabr, 2013
Vəhabi-terrorçular “Ya Əli, Ya Hüseyn” dediyi üçün öz adamını edam etdilər

Suriyada Əsəd hakimiyyətinə qarşı vuruşan terrorçulardan biri xəstəxanada “Ya Əli, Ya Hüseyn” dediyi üçün "əl-Qaidə" silahlıları onu güllələyiblər.

Güllələnən şəxs terrorçu qruplaşmanın üzvü olub. Onun "Ya Əli, Ya Hüseyn!" deməsinə səbəb isə xəstəxananın dövlətə məxsus olması olub. Belə ki, o güman edib ki, həkimlər onun müxalif qüvvələrdən olduğunu bilsələr, müalicə etməyəcəklər. "İraq-Şam İslam Dövləti"  (İŞİD) təşkilatının silahlıları onun Həzrət Əli (ə) və Həzrət Hüseynin (ə) adlarını çəkdiyini gördükdə, şiə hesab edərək rəhbərlərinin əmri ilə edam ediblər. Məsələnin əsli ortaya çıxdıqda isə onu şəhid hesab edərək dualar ediblər.

 

islamaz

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1692.html