
Aşura günü Qərb regionunun ən qədim və müqəddəs ziyarətgahlarından olan Gəncədə xeyriyyə tədbiri keçirilib.
İbadətə gələnlər arasından xeyli insan könüllü olaraq qanvermə aksiyasına qoşulub. Belə ki, 250-yə yaxın insan 80 litrdən çox qan verib. Bu ənənəyə qoşulan insanlar könüllü qanvermənin qana ehtiyacı olanlara, xüsusilə də hemofiliya və talassemiya xəstələrinə kömək etmək etmək üçün ən müqəddəs əməl olduğuna inandıqlarını bildiriblər.
Aksiyaya könüllü qoşulanlar arasında mömin xanımlar xüsusilə çoxluq təşkil edib. Mətanət Məmmədova bildirib ki, son illər şəhərdə gözəl ənənə yaranıb. Bu il şəhər əhalisi, müəssisə, idarə və təşkilatların işçiləri qanvermə aksiyasında iştirak edir. Bu, insanlığa qarşı yaranan duyğulardır.
Mərkəzi Qan Bankının Gəncə şöbəsində insanların qan verməsi üçün hər cür şərait yaradılıb.
salamnews