
Bir neçə saat öncə Dəməşqin cənubunda yerləşən Hz.Zeynəbin(s.ə) hərəmi terrorçu sələfilər tərəfindən raket hücumuna məruz qalıb.
Terrorçuların raketlərindən biri hərəmi ziyarət edən qadınlar cəm olan tərəfə digəri isə kişilər cəm olan əraziyə düşüb. Hərəmə dəyən raketlər hərəmin binasına yüngül ziyanlar vurub. Raket zərbələrinin nəticəsində 15 nəfər yaralanıb. Onlar dərhal xəstəxanalara qaldırılıblar və onların həyatları üçün ciddi təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, raket zərbələrinə baxmayaraq Hz.Zeynəbin(s.ə) hərəminə yığışan zəvvarlar əzadarlıq məclisini tətil etməyiblər.