6 Noyabr, 2013
Həzrət Zeynəbin (ə) hərəmi ətrafında Aşura mərasimləri keçirilir

Dünən suriyalı şiələr Həzrət Zeynəbin (ə.s) hərəmi ətrafında İmam Hüseynin (ə) Kərbəlada şəhid olmasını anmaq məqsədilə mərasim keçiriblər.

Bu mərasimlər Aşura gününə qədər hər gün davam edəcək. Zeynəbiyyə şəhərini mühafizə edən “Liva Əbulfazlul-Abbas” dəstəsinin himayəsi altında mərasimdə iştirak edən gənclər, qadınlar və yaşlılar zülm əleyhinə şüarlar səsləndirərək İmam Hüseyn (ə) yolunun davamçıları olacaqlarını bildiriblər.

islamaz

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1675.html