5 Noyabr, 2013
Bəhreyndə ali xəlifə rejimi İmam Hüseyn (ə) əzadarlığına hücum etdi

 

Ötən gün, Ali Xəlifə rejimin muzdlu qüvvələri paytaxt Manamada yerləşən Məamir məntəqəsində zəhərli qazlarla əzadarlıq mərasiminə hücum ediblər.

Əzadarlıq mərasimində iştirak edən qadın və azyaşlı uşqlar zəhərli qazlardan zəhərlənərək boğulmaq həddinə çatıblar.

Məlumatda həmçinin qeyd olunur ki, mülki geyim geyinmiş  muzdlular, vəhşicəsinə İmam Hüseyn (əleyhimus səlam) əzadarlığına hücum edərək, əzadarları təhqir və təqib etməyə başlayıblar.

Hadisədən sonra Bəhreynin əl-Vifaq Partiyası Twitter sosial şəbəkəsindəki əshifəsində Ali Xəlifə rejimi tərəfindən Manamada dini mərasimə olunan hücumu kəskin tənqid edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1671.html